“Toyota”nın üç modelinin mühərrikində problem var

“Toyota”nın üç modelinin mühərrikində problem var
  30 Yanvar 2024    Oxunub:834
Yaponiya hakimiyyət orqanları “Toyota Motor”un podratçısı “Toyota Industries Corporation” şirkətinin zavodunda yoxlamalara başlayıb.
Yoxlama dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması ilə bağlı yayılan xəbərlər əsasında aparılır. Qeyd olunub ki, şirkət daxilində hər hansı problemin olub-olmadığını müəyyən etmək üçün yerində yoxlamalar da daxil olmaqla, geniş araşdırma aparılacaq. Səlahiyyətlilər yoxlamanın nəticələrinə əsasən müvafiq tədbirlər görəcəklər.

Avtomobil istehsalçısı şübhə edir ki, podratçı "Toyota Industries" şirkəti dizel testinin nəticələrini saxtalaşdırıb. Kompüter modullarında gücün ölçülməsi zamanı mühərriklərin kütləvi istehsalında istifadə olunandan fərqli proqram təminatı istifadə edilib.

Güc testləri zamanı anormallıqlar dünyada satılan 10 avtomobil modelində istifadə olunan üç mühərrik modelində aşkarlanıb. Onların arasında Toyota Land Cruiser Prado, Land Cruiser 300, Fortuner yolsuzluq avtomobilləri və Hilux pikapı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti