Baydenin ümidi müğənni Taylor Sviftə qalıb

   Baydenin ümidi müğənni Taylor Sviftə qalıb
  30 Yanvar 2024    Oxunub:922
ABŞ prezidenti Co Baydenin köməkçiləri qarşıdan gələn prezident seçkilərində müğənni Teylor Sviftin dəstəyinə ümid edirlər.
Bu barədə Fox News məlumat yayıb. Qeyd olunub ki, onun seçkiqabağı vəsait toplamaq üçün müraciətləri Baydenin seçki qərargahına milyonlarla dollar qazandıra bilər.

Xatırladaq ki, müğənni artıq 2020-ci ildə Baydeni dəstəkləyib, lakin 2024-cü il seçki yarışı haqqında rəsmən danışmayıb.

Eyni zamanda qeyd edilib ki, Sviftin “keçmiş prezident Trampı sərt tənqid etməsini nəzərə alsaq” kimi dəstəkləyəcəyi tamamilə aydındır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti