ABŞ: "Müharibə istəmirik"

      ABŞ:    "Müharibə istəmirik"
  30 Yanvar 2024    Oxunub:867
"Qüvvələrimizə qarşı hücumlar cavabsız qalmayacaq, qoşunlarımızı müdafiə naminə lazımi addımları atacağıq".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin "Pentaqon"da NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən əvvəl bəyanat yayıb.

O, İordaniyada İranın dəstəklədiyi qrupların PUA hücumu nəticəsində üç amerikalı hərbçinin ölümünə "ABŞ-nin dözməyəcəyini" diqqətə çatdırıb.

"Bayden administrasiyası İranla müharibə aparmaq istəmir, lakin ABŞ qoşunlarını var gücümüzlə qoruyacağıq", - o bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken də hücumla bağlı bəyanatında "Prezidentin dünən dediyi kimi, qətiyyətli cavab verəcəyik" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Pentaqon   hücum   bəyanat  





Xəbər lenti