ABŞ-nin baş prokuroru əməliyyat olunacaq

ABŞ-nin baş prokuroru əməliyyat olunacaq
  30 Yanvar 2024    Oxunub:954
"Pentaqon" rəhbəri Lloyd Ostinin gizlicə xəstəxanaya yerləşdirilməsi və səhhəti ilə bağlı Ağ Evlə Konqres arasında gərginlik yaranmasından sonra ölkənin baş prokuroru Merrik Qarland da əməliyyata girəcək.
AzVision.az xəbər verir ki, ABŞ-nin Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Soçi İnoxosa gözlənilən əməliyyat haqqında məlumat yayıb.

Onun sözlərinə görə, Qarland fevralın 3-də belindən laparoskopik əməliyyat keçirəcək. Əməliyyatın təqribən 90 dəqiqə çəkəcəyi bildirilib.

Məlumata əsasən, prokuror həmin gün xəstəxanadan evə buraxılacaq və növbəti həftə vəzifə başına qayıdacaq. Bu müddətdə müavini Liza Monako onu müvəqqəti əvəzləyəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   ədliyyə   prokuror  





Xəbər lenti