Trüdo: "Ölkədə islamafobiya genişlənir"

      Trüdo:    "Ölkədə islamafobiya genişlənir"
  30 Yanvar 2024    Oxunub:864
"Kanadada müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik və islamofobiyada artım narahatlıq doğurur".
AzVision.az xəbər verir ki, Baş nazir Castin Trüdo 2017-ci ilin yanvarın 29-da Kvebek Şəhər İslam Mədəniyyət Mərkəzi məscidinə silahlı hücumun ildönümü ilə bağlı yazılı bəyanat yayıb.

Ölkədə əhalinin təhlükəsizliyinin daima diqqət mərkəzində saxlanıldığını diqqətə çatdıran Trüdo bildirib ki, "hücum qurbanlarının ailələri və yaxınları ilə həmrəydir".

Hadisənin ildönümü ilə əlaqədar Kanada Müsəlmanları Milli Şurası da "X" platformasında hakimiyyəti islamofobiya ilə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, 7 il əvvəl baş vermiş hadisədə məscidə girən Aleksandr Bisonet adlı şəxs namaz qılanları avtomat silahla atəşə tutaraq 6 nəfəri öldürüb, 19 nəfəri yaralayıb. O, hadisə yerindən qaçsa da, polis tərəfindən ələ keçirilib.

Trüdo hökuməti 2021-ci ildə hücumun ildönümünü (29 yanvar) İslamofobiya ilə Mübarizə və Milli Anım Günü elan edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kanada   islamafobiya  





Xəbər lenti