Aİ Kiyevə 50 milyard avro verəcək?

Aİ Kiyevə 50 milyard avro verəcək?
  30 Yanvar 2024    Oxunub:811
ABŞ Aİ-yə Kiyevə 50 milyard avroluq yardım ayırmağı tövsiyə edib.
Bu barədə Belçikanın baş naziri Aleksandr De Kroo "X" sosial şəbəkəsində yazıb.

Baş nazir qeyd edib ki, bu təkliflə ABŞ-nin maliyyə naziri Canet Yellen çıxış edib. O, Avropa İttifaqı Şurasının hazırkı sədri Belçikaya fevralın 1-də keçiriləcək sammitdə bu yardımın ayrılmasına razılıq istəyib.

De Kroo Canet Yellen ilə Ukraynaya dəstək və onun bərpasının vacibliyini müzakirə etdiklərini vurğulayıb.

Bundan əvvəl 2023-cü ilin iyununda Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər olan dövr üçün 50 milyard avro dəyərində yardım proqramı təklif edib, lakin Aİ ölkələri tərəfindən imtina cavabı alıb.
AzVision.az



Teqlər:





Xəbər lenti