Fransa Afrika ölkələrindəki hərbi kontingentini azaldacaq

Fransa Afrika ölkələrindəki hərbi kontingentini azaldacaq
  30 Yanvar 2024    Oxunub:838
Fransa prezidenti Emmanuel Makron Qabon, Seneqal və Kot-d'İvuarda hərbi personalı ixtisar etmək qərarına gəlib.
TASS-ın yaydığı məlumata görə, hazırkı mərhələdə Librevil, Dakar və Abicandakı bazalarda olacaq fransız əsgərlərinin dəqiq sayı məlum deyil, lakin ilkin məlumata görə, hər ölkədə yüzə yaxın hərbçi saxlanılacaq.

İndiyədək Qabon və Seneqalın hər birində 350, Kot-d'İvuarda isə təxminən 950 fransız hərbçi yerləşdirilib. Eyni zamanda, Fransanın Cibuti və Çaddakı mövcudluğu (hər ölkədə 1 500 əsgər) dəyişməz olaraq qalır.

Həmçinin bildirilib ki, Fransa və ABŞ bu ölkələrdə birgə hərbi bazalar yarada bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti