Orban: "Aİ daim bizi şantaj etməyə çalışır"

Orban:    "Aİ daim bizi şantaj etməyə çalışır"
  30 Yanvar 2024    Oxunub:939
“Avropa İttifaqı (Aİ) son bir neçə ildə Budapeştə qarşı ideoloji müharibə aparır”.
Gazeta.ru-nun yaydığı məlumata görə, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Aİ son illərdə Macarıstana qarşı ideoloji müharibə aparıb və daim bizi şantaj etməyə çalışıb”, - deyə Orban bildirib.

Onun sözlərinə görə, Aİ getdikcə imperializmə doğru irəliləyir.

Macarıstanın baş naziri qeyd edib ki, Avropa İttifaqı getdikcə daha az suveren dövlətlər birliyinə oxşayır:

“Siyasi birləşmə, müqavilə hüquqlarına və arqumentlərə baxmayaraq, ölkələri istəmədikləri bir şeydə iştiraka məcbur etməyə çalışır”.

O qeyd edib ki, Macarıstan uzun illərdir ki, oxşar şəraitdə yaşayır.
AzVision.az



Teqlər:





Xəbər lenti