Meksikada avtobusla yük maşını toqquşub: 19 ölü

   Meksikada avtobusla yük maşını toqquşub:    19 ölü
  31 Yanvar 2024    Oxunub:779
Meksikanın qərbində yerləşən Sinaloa ştatında turist avtobusunun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 22 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, Sinaloa Mülki Müdafiə Direktoru Roy Navarretenin sözlərinə görə, Quadalaxara şəhərindən səfərə çıxan turist avtobusu Elota qəsəbəsi ərazisindəki magistral yolda əks istiqamətdən gələn yük maşını ilə toqquşub.

Zərbənin təsirindən avtobus alışaraq yanmağa alışıb.

Qəzada 19 nəfər hadisə yerində dünyasını dəyişib, yaralanan 22 nəfərin əksəriyyəti ağır xəsarət alıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

Ştat prokurorluğu qəza ilə bağlı araşdırma aparır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Meksika   qəza  





Xəbər lenti