Konqres daxili təhlükəsizlik nazirinin impiçmentinə səs verib

  Konqres daxili təhlükəsizlik nazirinin impiçmentinə səs verib
  31 Yanvar 2024    Oxunub:943
ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsi sərhəddə həddən artıq yumşaq siyasət yürütməkdə ittiham olunan daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın impiçmenti üçün səs verib.
Belə ki, 18 komitə üzvü qətnamənin lehinə, 15 qanunverici isə əleyhinə çıxış edib. Qətnamənin mətnindən belə çıxır ki, Mayorkas qəsdən və dəfələrlə qanuna tabe olmaqdan imtina edib, həmçinin Konqresdə yalan bəyanatlar verməklə ictimai etimadı pozub.

Nümayəndələr Palatasında impiçmentlə bağlı tam səsverməsi gələn həftə gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti