İranda silahlı insident zamanı 2 polis ölüb

   İranda silahlı insident zamanı 2 polis ölüb
  31 Yanvar 2024    Oxunub:949
İranın Fars əyalətində naməlum silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə qarşı açdığı atəş nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü isə yaralanıb.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, hadisə əyalətin Neyriz şəhərində baş verib.

Şübhəli sayılan avtomobili saxlatmağa çalışan hüquq-mühafizə əməkdaşları avtomobilin içərisindəki şəxslərin atəşinə məruz qalıblar.

İnsidenti törədən naməlum silahlılar hadisə yerindən qaça biliblər. Güman edilir ki, onlar narkotik qaçaqmalçılarıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   insident   polis  





Xəbər lenti