Lavrov dolları Qərbin silahı adlandırıb

   Lavrov dolları Qərbin silahı adlandırıb
  31 Yanvar 2024    Oxunub:593
Dollar mövcud və ya potensial silah kimi Qərb dövlətləri tərəfindən siyasi problemləri həll etmək üçün istifadə olunur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, dollar və beynəlxalq maliyyə institutlarının qrantları “məcburiyyət aləti kimi” fəal şəkildə istifadə olunur.

“Dollar, təbii ki, hamı üçün siyasi problemlərin həlli üçün ya aktiv, ya da potensial silahdır. Birtərəfli sanksiyalar, ilk növbədə Asiya, Afrika və Latın Amerikası ölkələrində qurulmuş istehsal və təchizat zəncirlərini pozur və onların inkişaf perspektivlərinə zərbə vurur”.

AzVision.az


Teqlər:





Xəbər lenti