Qətərin baş naziri Vaşinqtonda görüşlər keçirib

   Qətərin baş naziri Vaşinqtonda görüşlər keçirib
  31 Yanvar 2024    Oxunub:846
Qətərin baş naziri, həmçinin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ABŞ-nin paytaxtı Vaşinqtona səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, habelə Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşlərdə Al Sani Qəzza zolağında münaqişənin ədalətli həlli ilə bağlı fikir mübadiləsi aparıb, eləcə də Qəzzaya davamlı humanitar yardımın zərurətini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qətər   ABŞ   Qəzza   görüş  





Xəbər lenti