İran Britaniyaya nota verib

İran Britaniyaya nota verib
  31 Yanvar 2024    Oxunub:837
Böyük Britaniyanın İrandakı səfiri Seymon Şerkliff bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.
Buna səbəb Suriya-İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına silahlı basqın nəticəsində 3 amerikalı hərbçinin öldürülməsində İranın ittiham edilməsidir. Səfir bildirib ki, İran hökumətinin etirazını tez bir zamanda öz hökumətinə çatdıracaq.

AzVision.az


Teqlər:





Xəbər lenti