Miller: "Qəzzada BMT missiyası təxirə salınıb"

  Miller:  "Qəzzada BMT missiyası təxirə salınıb"
  31 Yanvar 2024    Oxunub:951
"Missiyanın təsisi və ilk ziyarət üçün regiondakı şəraiti yaxından izləyirik".
AzVision.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dövlət katibi Antoni Blinkenin İsrailə sonuncu səfərində "Qəzzada zolağında BMT qiymətləndirmə missiyası yaradılacağı" xəbəri ilə bağlı suala o:

"Missiya Qəzzanın şimalında yenidən başlayan əməliyyatlar səbəbindən təxirə salınıb. Regiondakı vəziyyət humanitar missiyanı yerinə yetirmək və düzgün qiymətləndirmə aparmaq üçün əlverişli deyil", - cavabını verib.

O diqqətə çatdırıb ki, "ABŞ məsələ ilə bağlı BMT və İsrail hökuməti ilə əlaqə saxlayır və missiyanın tezliklə yaradılmasını istəyir".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   BMT   Qəzza  





Xəbər lenti