BƏƏ 13 il sonra Suriyaya səfir göndərib

   BƏƏ 13 il sonra Suriyaya səfir göndərib
  31 Yanvar 2024    Oxunub:757
Suriya XİN rəhbəri Feysəl Miqdəd Birləşmiş Ərəb Əmirliklərinin səfiri Həsən Əhməd Əl-Şeyxinin etimadnaməsini qəbul edib.
AzVision.az xəbər verir ki, 13 ildən sonra BƏƏ səfiri Dəməşqdə vəzifəsinə başlayıb.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda səfirini geri çağırmışdı. Bu müddət ərzində Suriyanın BƏƏ-dəki səfirliyi isə fəaliyyətinə davam edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BƏƏ   Suriya   səfir  





Xəbər lenti