Azərbaycan səfiri macarıstanlı dövlət katibi ilə görüşdü

Azərbaycan səfiri macarıstanlı dövlət katibi ilə görüşdü
  31 Yanvar 2024    Oxunub:746
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə bu ölkənin Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.

"Avropa İttifaqı Şurasında yaxınlaşan Macarıstan sədrliyi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda bərpa olunan enerji mənbələri daxil olmaqla enerji əməkdaşlığı, eləcə də inkişaf edən Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin digər sahələrini müzakirə etmək üçün dövlət katibi Attila Ştaynerlə görüşmək çox xoş oldu",- diplomat bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti