2024-cü ilin sülh üzrə "Nobel" mükafatına namizədlər irəli sürülüb

   2024-cü ilin sülh üzrə "Nobel" mükafatına namizədlər irəli sürülüb
  31 Yanvar 2024    Oxunub:1055
Qəzza münaqişəsi ilə əlaqəli üç qrup və bir jurnalistin adları mükafatın gözlənilən namizədləri sırasında hallanıb.
AzVision.az xəbər verir ki, Azad Amsterdam Universitetinin akademikləri İsrail və Fələstin arasında sülh naminə səylərə görə Yaxın Şərqdə fəaliyyət göstərən "EcoPeace", "Women Wage Peace" and "Women of the Sun" adlı təşkilatları sülh üzrə "Nobel" mükafatına namizəd kimi irəli sürüb.

"Bu təşkilatlar qadınların roluna və iqlim ədalətinə xüsusi diqqət yetirməklə Yaxın Şərqdə sülh yaratmaq üçün tərəfləri ortaq məxrəcə gətirməyə çalışırlar", - universitetin sülh və müharibə araşdırmaları şöbəsinin bəyanatında deyilir.

Norveç parlamentinin üzvü İnqvild Vetrus Torsvik isə "Qəzza zolağındakı vəziyyətin sənədləşdirilməsi ilə bağlı gördüyü işlərə görə" fələstinli jurnalist Mötəz Əzayzəni namizəd kimi təklif edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Nobel   mükafat   namizədlər  





Xəbər lenti