Almaniyada mindən çox reys ləğv ediləcək

Almaniyada  mindən çox reys ləğv ediləcək
  31 Yanvar 2024    Oxunub:771
Almaniya hava limanlarında fevralın 1-nə planlaşdırılan tətil 1,1 min reysin ləğvi və ya gecikməsinə səbəb olacaq ki, bu da 200 min insanın planlarını pozacaq.
AzVision.az xəbər verir ki, bu barədə TASS Almaniyanın müxtəlif hava limanlarının maraqlarını təmsil edən ADV assosiasiyasına istinadən məlumat yayıb.

“Biz tarif münaqişəsinin tərəfi deyilik, lakin tətil bizim ərazimizdə keçirilir. Həmkarlar İttifaqını danışıqlar masasında həll yolu axtarmağa çağırırıq”, - ADV rəhbəri Ralf Bayzel deyib.

Daha əvvəl “Verdi” həmkarlar ittifaqı tətilə çağırıb. Çağırışa hava limanının təhlükəsizlik xidmətinin 25 min əməkdaşı qatılacaq. Bu, sərnişinlərin yoxlamadan keçməyə vaxt tapa bilməməsi ilə nəticələnəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti