Stoltenberq: NATO təchizat zəncirlərini qorumalıdır

   Stoltenberq:  NATO təchizat zəncirlərini qorumalıdır
  31 Yanvar 2024    Oxunub:962
"Aydındır ki, biz Çin xammalı və məhsullarından zərərli asılılığı aradan qaldırmalıyıq".
AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vaşinqtonda "Heritage Foundation" beyin mərkəzində çıxışı zamanı deyib.

"Avropa Rusiyanın neft və qazına arxalanaraq səhv etdi. Çinə də bel bağlamaq olmaz. Bu asılılıqlar bizi müdafiəsiz hala gətirir".

Stoltenberq deyib ki NATO ölkələri kritik infrastrukturlarını, strateji materialları və təchizat zəncirlərini qorumalıdır.

"Biz limanlarımıza, dəmir yollarımıza və telekommunikasiyalarımıza nəzarəti itirməməliyik. Bizə qarşı istifadə oluna biləcək texnologiyaları ixrac etməməliyik.


AzVision.az



Teqlər:





Xəbər lenti