Zambiya vəba xəstəliyi ilə mübarizə aparır

Zambiya vəba xəstəliyi ilə   mübarizə aparır
  31 Yanvar 2024    Oxunub:789
Zambiyada vəba epidemiyası sürətlə yayılmağa davam etdikcə xəstəliyin qarşısını almaq və insanları xilas etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir.
AzVision.az “Allafrica” saytına istinadla xəbər verir ki, hazırda epidemiyanın ən çox yayıldığı ərazilərdə yaşayan uşaqlar, tibb işçiləri və yoluxma riski yüksək olan insanlar da daxil olmaqla 1,5 milyon insanı hədəf alan peyvənd kampaniyası uğurla davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) davam edən epidemiyaya qarşı mübarizə tədbirlərini gücləndirmək üçün peyvənd kampaniyasını effektiv şəkildə yayaraq hökumətə öz dəstəyini göstərir.

Xatırladaq ki, Zambiya Hökuməti 2023-cü ilin oktyabrında Lusaka əyalətində yeni bir epidemiyanın başlandığını elan edib. 18 yanvar 2024-cü il tarixindən isə ölkənin 10 əyalətindən 9-da xəstəlik yayılaraq 432 ölüm halı qeydə alınıb. Lusaka, Mərkəzi və Şərq əyalətləri ən çox zərər çəkənlər sırasındadır.

“Mövcud vəba epidemiyası vətəndaşların sağlamlığını və rifahını qorumaq üçün birgə səylər tələb edir. Epidemioloji vəziyyəti yaradan əsas səbəblərin aradan qaldırılması və məqsədyönlü müdaxilələrin həyata keçirilməsi olduqca vacib məsələdir”, - deyə ÜST-nin Zambiyadakı nümayəndəsi doktor Nathan Bakyayta bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti