Londonda naməlum şəxs insanlara kimyəvi hücum edib

   Londonda naməlum şəxs insanlara kimyəvi hücum edib
  01 Fevral 2024    Oxunub:833
Londonda naməlum şəxs zəhərli kimyəvi maddə ilə yoldan keçənlərə hücum edib. İkisi azyaşlı uşaq olmaqla doqquz nəfər xəstəxanaya yerləşdirilib.
“Daily Mail” xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb. Hadisə Klapham bölgəsindəki Lessard prospektində baş verib.

İki uşaqlı ana və daha 3 nəfər xəstəxanaya yerləşdirilib. Köməyə gələn 3 polis isə tibbi yardıma müraciət edib.

Şahidlərdən birinin sözlərinə görə, yaralı qadın qışqırıb: “Gözlərim! Mənim gözlərim!".

Polisin ilkin məlumatına görə, qadına və uşaqlarına naməlum kimyəvi maddə atılıb. Hadisə yerindən qaçan bir nəfər də görünüb.

Polis hücumçunu yaxalamaq və hadisənin şəraitini aydınlaşdırmaq üçün helikopter də daxil olmaqla bütün resurslardan istifadə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti