CNN Zalujninin işdən qovulma tarixini açıqladı

   CNN Zalujninin işdən qovulma tarixini açıqladı
  01 Fevral 2024    Oxunub:901
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi haqqında fərman bu həftə imzalanacaq.
Bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən CNN məlumat yayıb. Telekanalın məlumatına görə, Vladimir Zelenski yanvarın 29-da öz kabinetində keçirdiyi iclasda Zalujnı işdən çıxarmaq qərarına gəldiyini bildirib.

Mənbələrdən birinə görə, Vladimir Zelenski Zalujnıya başqa vəzifə təklif etsə də, o, bundan imtina edib. Ukrayna rəhbəri qeyd edib ki, yeni vəzifədən imtina onun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad ediləcəyi faktını inkar etmir.

Telekanal bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna mümkün namizədlər arasında Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski də var.

Lakin onların hər ikisi təklifi rədd edərək Zelenskini geri çəkilməyə məcbur edib. Times nəşrinin yazdığına görə, Zalujnı Zelenski ilə görüşdə müşavirlərinə deyib ki, onların hərbi vəziyyətlə bağlı qiymətləndirmələri reallıqdan daha müsbətdir.

Bu fikirlər istefa təklifinə səbəb olub. Lakin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bundan imtina edib və prezident ona istefası haqqında fərmanı özü imzalayacağını bildirib. İddialara görə, Zalujni öz kabinetinə qayıdıb və işdən çıxarıldığını digər hərbçilərə deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti