Ərdoğan uzun illər sonra Misirə gedəcək

   Ərdoğan uzun illər sonra Misirə gedəcək
  01 Fevral 2024    Oxunub:933
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirlə 2013-cü ildən bəri pozulmuş münasibətləri yenidən qurmaq üçün yaxın günlərdə Qahirəyə yollanacaq.
AzVision.az xəbər verir ki, gözlənilən səfər fevralın 14-də baş tutacaq.

Ərdoğan misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə görüşərək, əsasən Qəzza zolağına humanitar yardım çatdırılması və müharibənin dayandırılması üçün atılacaq addımlarla bağlı danışıqlar aparacaq.

İkitərəfli ticarət həcminin artırılması və Türkiyənin Aralıq dənizindəki enerji qaynaqlarına daha çox çıxış qazanması üçün dəniz sərhədlərinin müəyyənləşdirilməsi də görüşün mövzuları arasındadır.

Xatırladaq ki, 2013-cü ilin iyul ayının 3-də Əs-Sisi rəhbərliyindəki ordunun "Müsəlman Qardaşlar" təşkilatına mənsub prezident Məhəmməd Mürsini devirməsi Ərdoğan tərəfindən qətiyyətlə pislənmiş və bu, ikitərəfli əlaqələrə ciddi zərbə vurmuşdu. Nəticədə Misir, öz növbəsində, "Ankaranın Qahirənin daxili işlərinə qarışdığını" əsas gətirərək, Türkiyə səfiri Hüseyn Əvni Botsalını "persona non-qrata" elan etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Misir   səfər  





Xəbər lenti