Simonyanın qardaşı arvadının həbsi üçün vəsatət verilib

   Simonyanın qardaşı arvadının həbsi üçün vəsatət verilib
  01 Fevral 2024    Oxunub:1217
Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan İqtisadiyyat Nazirliyinin məmurları ilə birlikdə eyni iş üzrə saxlanılıb.
AzVision.az xəbər verir ki, o, iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanla birlikdə korrupsiyada ittiham olunur.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi ölkənin İqtisadiyyat Nazirliyində axtarışların nəticəsində 7 nəfərin saxlandığını açıqlayıb. Həmin şəxslər əvvəlcədən razılaşdırılaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Baş nazir Nikol Paşinyan bu məsələ üzrə hökumət toplantısında "korrupsiya ilə mübarizənin davam etdiriləcəyini" vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   korrupsiya  





Xəbər lenti