Fransada müəllimlər tətil edirlər

   Fransada müəllimlər tətil edirlər
  01 Fevral 2024    Oxunub:1316
Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə çıxıblar.
AzVision.az xəbər verir ki, ölkənin aparıcı təhsil birliklərinin çağırışı ilə paytaxt Paris və bir çox digər şəhərdə müəllimlər tətilə başlayıblar.

Məlumata görə, ölkə üzrə ibtidai və orta məktəb müəllimlərinin 40%-nin bu tətilə qoşulacağı gözlənilir.

Qeyd edək ki, təhsil naziri Ameli Udea-Kasteranın dövlət məktəbləri ilə bağlı tənqidi açıqlamaları müəllimlərin kəskin etirazına səbəb olub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   məktəb   müəllim   tətil  





Xəbər lenti