SEPAH Suriyadan çəkildi

   SEPAH Suriyadan çəkildi
  01 Fevral 2024    Oxunub:1138
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandirləri Suriyanı tərk ediblər.
AzVision.az xəbər verir ki, bu qərara səbəb kimi İsrailin həyata keçirdiyi hava zərbələri göstərilib.

Bildirilir ki, SEPAH rəsmiləri Suriyadan çəkilsələr də, bölgə ilə "əlaqəni nəinki itirməyəcək", əksinə, burada nüfuzunu qorumaq üçün şiə qrupları ilə əməkdaşlığı daha da artıracaq.

Xatırladaq ki, Suriya müharibəsində prezident Bəşər Əsədə dəstək naminə ölkədə qüvvələrini yerləşdirmiş SEPAH son aylarda İsrailin hücumları nəticəsində 6 hərbçisini, o cümlədən bir kəşfiyyat generalını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   SEPAH   Suriya  





Xəbər lenti