Azərbaycandan Rusiyaya 79 milyon yumurta ixrac olunub

Azərbaycandan Rusiyaya 79 milyon yumurta ixrac olunub
  01 Fevral 2024    Oxunub:1196
Bu ilin yanvar ayında Azərbaycan, Türkiyə və Belarusdan Rusiyaya ümumilikdə 78,9 milyon yumurta idxal edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

İdxal olunan yumurtanın 4,2 milyonu Azərbaycanın payına düşüb.

İdxal başlayandan (2023-cü ilin dekabr ayı) Azərbaycandan 5,5 milyon, Türkiyədən 5,6 milyon, Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,7 dəfə çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti