"Ermənistanın Müstəqillik Bəyannaməsi regionda sülhə maneədir" - Paşinyan

   "Ermənistanın Müstəqillik Bəyannaməsi regionda sülhə maneədir" -    Paşinyan
  01 Fevral 2024    Oxunub:1494
Ermənistanın 1990-cı ildə Qarabağa istinad edən Müstəqillik Bəyannaməsi regionda sülhün bərqərar olmasına maneədir
AzVision.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində deyib.

"Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, o da bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o vurğulayıb.

Paşinyan həmçinin qeyd edib ki, dövlətlə vətəndaşlar arasındakı münasibətlərdəki çatları aradan qaldırmaq və onlar arasında genetik əlaqəni bərpa etmək üçün ölkəyə yeni Konstitusiya lazımdır.

"Konstitusiyanın dəyişdirilməsi mövzusu həm "məxməri inqilab", həm də 2020-ci il müharibəsindən sonra müxtəlif hallarda qaldırılıb. Yeni dördüncü respublika üçün yeni konstitusiyanın qəbulu təklifi var və xalqın qərarı prosesə legitimlik verəcək".

Baş nazirin vurğulayıb ki, hazırkı Konstitusiya 1995-ci ildə qəbul edilib və bir neçə dəfə dəyişdirilib. Eyni zamanda, onun fikrincə, heç vaxt vətəndaşın razılığı ilə və onun iradə ifadəsi şəraitində, yəni referendumla islahat aparılmayıb.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti