"Rusiya Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşı ola bilməz" - Baş nazir

   "Rusiya Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşı ola bilməz" -    Baş nazir
  01 Fevral 2024    Oxunub:1366
Ermənistan obyektiv və subyektiv səbəblərdən yalnız Rusiya ilə əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və müdafiə əlaqələrini artıra bilməz.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində deyib.

Paşinyanın qeyd edib ki, Ermənistan ordunun inkişafı konsepsiyasını dəyişməlidir. Yeni sənəd böyük ehtimalla ilin sonuna qədər qəbul olunacaq.

"Biz başa düşməliyik ki, biz kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər Ermənistanın müdafiə sektorunda əlaqələri 97% Rusiya ilə bağlı idi. Lakin indi bu obyektiv və subyektiv səbəblərdən mümkün deyil".

Paşinyan bildirib ki, Ermənistanın Hindistan, İran, Gürcüstan, ABŞ, Fransa və Rusiya Federasiyası ilə hansı münasibətlər qurması, bu ölkənin KTMT-nin tərkibində qalıb-qalmaması və s. anlaşılmazdır. O hesab edir ki, konsepsiyada həyata keçiriləcək konkret sazişlər yer almalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti