ABŞ Yaxın Şərqdə əməliyyata başlayır

   ABŞ Yaxın Şərqdə əməliyyata başlayır
  02 Fevral 2024    Oxunub:1348
ABŞ İordaniyadakı hərbi bazasının vurulmasına cavabən Suriya və İraqdakı İran hədəflərinə zərbə endirmək planını təsdiqləyib.
AzVision.az bildirir ki, rəsmilər bu barədə mediaya açıqlama veriblər.

Məlumata görə, əməliyyatlar hava şəraitinə əsasən bir neçə gün ərzində başlayacaq.

"ABŞ Ordusu qeyri-münasib hava şəraitində də hərəkətə keçə bilər, lakin mülki şəxsləri "səhvən" vurmaq riskini azaltmaq üçün daha yaxşı görüş məsafəsinə üstünlük verilir", - məlumatda bildirilir.

Xatırladaq ki, ötən günlərdə İordaniya-Suriya sərhədi yaxınlığındakı ABŞ hərbi bazası PUA hücumuna məruz qalmış. 3 amerikalı hərbçi həyatını itirmişdi. ABŞ hücumun arxasında İranın dayandığını vurğulamışdı. Respublikaçılar Partiyasının nümayəndələri birbaşa İrana dərhal "cavab verilməsini" istəsələr də, prezident Co Bayden regionda daha geniş müharibə qopacağı ehtimalına görə məsələyə tərəddüdlə yanaşmışdı.

Hazırda təsdiqlənən plana əsasən, cavab əməliyyatları İranın öz ərazisindəki mövqelərinə yox, Suriya və İraqdakı bazalarına qarşı həyata keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   YaxınŞərq   İran   əməliyyat  





Xəbər lenti