HƏMAS girovlarla bağlı yeni razılaşmanı hələlik təsdiqləməyib

   HƏMAS girovlarla bağlı yeni razılaşmanı hələlik təsdiqləməyib
  02 Fevral 2024    Oxunub:860
Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsi ilə bağlı İsraillə yeni razılaşmanın şərtlərini hələlik təsdiqləmədiyini bildirib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. HƏMAS-ın Siyasi Bürosunun üzvü Usamə Həmdan qeyd edib ki, tərəflər artıq bir neçə dəfə razılaşmalar üzərində razılığa gəlməyə cəhd ediblər, lakin İsrail hər dəfə danışıqları pozub:

“İndiyədək heç bir razılaşma yoxdur, biz müzakirənin ilkin mərhələsindəyik və hələ ki, razılaşma haqqında danışa bilmərik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti