Bosfor boğazında gəmilər toqquşub

Bosfor boğazında gəmilər toqquşub
  02 Fevral 2024    Oxunub:832
Bosfotr (İstanbul) boğazında yük və sərnişin gəmiləri toqquşub.
AzVision.az xəbər verir ki, hadisə İstanbul şəhərinin Yeniqapı səmtinin sahili yaxınlığında baş verib.

"Kevalay Queen" adlı sərnişin və "Captain Adam 1" yük gəmilərinin toqquşması nəticəsində hər ikisinə ciddi ziyan dəyib.

Sahil Təhlükəsizliyi İdarəsinin xilasedici qayıqları hadisə yerinə cəlb edilib.

Gəmilər Axurqapı limanına yönəldilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İstanbul   gəmi   hadisə   qəza  





Xəbər lenti