Ərdoğan zəlzələ bölgəsinə gedəcək

   Ərdoğan zəlzələ bölgəsinə gedəcək
  02 Fevral 2024    Oxunub:1117
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "əsrin fəlakəti" adlandırılan zəlzələlərin ildönümündə (6 fevral) zərər çəkmiş əyalətlərə yollanacaq.
AzVision.az xəbər verir ki, prezident bölgədə aparılan işlərlə tanış olacaq və tamamlanan yeni yaşayış evlərinin istismara verilməsində iştirak edəcək.

Prezidentin səfər çərçivəsində Hatay, Qaziantep, Qəhrəmanmaraş, Şanlıurfa, Adıyaman, Elazığ və digər əyalətlərə ziyarəti gözlənilir.

Xatırladaq ki, 2023-cü 6 fevralında baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən insan həyatını itirmiş, 100 mindən artıq insan xəsarət almışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   zəlzələ  





Xəbər lenti