Suriyada SEPAH müşaviri öldürülüb - YENİLƏNİB

   Suriyada SEPAH müşaviri öldürülüb -  YENİLƏNİB
  02 Fevral 2024    Oxunub:1725
İsrailin Dəməşqin cənubuna aviazərbəsi nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) müşaviri həlak olub.
İran mediasının məlumatına görə, ölən SEPAH müşaviri Səid Əlidadidir.

* * *

14:09.
İsrailin Colan təpələri istiqamətindən Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubuna endirdiyi aviazərbələr nəticəsində İranın dəstəklədiyi qrupların 3 hərbçisi həlak olub.

AzVision.az bildirir ki, xarici mediada yayılan bu xəbəri İsrail tərəfi təsdiqləməyib.

İddiaya əsasən, iranpərəst qrupların üç üzvü, o cümlədən bir İran və bir İraq vətəndaşı Dəməşqin cənubunda zərbələr nəticəsində həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   İran   İsrail  





Xəbər lenti