UNICEF: "Qəzzada 1 milyon uşaq psixi travma alıb"

      UNICEF:    "Qəzzada 1 milyon uşaq psixi travma alıb"
  02 Fevral 2024    Oxunub:1245
"Qəzza zolağındakı təxminən bütün uşaqlar psixi sağlamlıq dəstəyinə ehtiyac duyurlar".
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Fələstin üzrə kommunikasiya rəhbəri Conatan Kriks bildirib.

O həmçinin diqqətə çatdırıb ki, "Qəzza zolağında təqribən 17 min uşaq ailə himayəsindən məhrum qalıb".

"Uşaqlarda son dərəcə ağır narahatlıq və iştahsızlıq kimi simptomlar var. Yata bilmir, emosional partlayışlar keçirir, hər bomba səsi eşidəndə təşvişə düşürlər. Müharibədən qabaq düşünürdük ki, Qəzzada 500 min uşaq psixi və psixososial sağlamlıq dəstəyinə möhtacdır. Təəəsüf, hazırda isə aydın görürük ki, orada bütün uşaqların dəstəyə ehtiyacı var", - UNICEF rəsmisi söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   UNICEF  





Xəbər lenti