Peskov Putinin Türkiyəyə səfər planlarından danışdı

Peskov Putinin Türkiyəyə səfər planlarından danışdı
  02 Fevral 2024    Oxunub:1298
Prezident Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı öz zamanında açıqlanacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə ikitərəfli məsələləri, regional gündəliyi və Ukraynanı müzakirə edəcək.

“Türkiyə Rusiya Federasiyası ilə münasibətlərdə ona edilən təzyiqlərə baxmayaraq, öz suverenliyini qoruyub saxlayır”, – Peskov yekunlaşdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti