Zukerberq bu il dividendlərdən 700 milyon qazana bilər

Zukerberq bu il dividendlərdən 700 milyon qazana bilər
  03 Fevral 2024    Oxunub:984
“Meta”nın baş direktoru və qurucusu Mark Zukerberqin 2024-cü ildə şirkətin dividend ödənişlərindən əldə etdiyi gəlir təxminən 700 milyon dollar ola bilər.
Bu “Bloomberg” tərəfindən hesablanıb. Mart ayından etibarən şirkət “A” və “B” sinifli adi səhmlər üzrə hər rübdə bir səhm üçün 50 sent dividend ödəyəcək. Zukerberq təxminən “Meta”nın 350 milyon səhminə sahibdir.

Beləliklə, hər üç aydan bir korporasiyanın təsisçisi rüblük ödəniş şəklində vergilərdən əvvəl təxminən 175 milyon dollar alacaq. “Meta”nın dividend ödəmək qərarı şirkətin böyümə potensialına baxışı haqqında müsbət siqnal göndərir.

AzVision.az


Teqlər:





Xəbər lenti