Rusiyanı iqtisadi cəhətdən sarsıdan şəxslərdən biri işdən çıxır

Rusiyanı iqtisadi cəhətdən sarsıdan şəxslərdən biri işdən çıxır
  03 Fevral 2024    Oxunub:926
Rusiyaya qarşı sanksiyalarının tətbiqində, onun xaricdəki aktivlərinin dondurulmasında, Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı layihələrin əsas müəlliflərindən biri, ABŞ-ın maliyyə nazirinin müşaviri Elizabet Rozenberq vəzifəsini tərk edir.
Bu barədə Amerikanın “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd olunub ki, mliyyə cinayətlərinə qarşı sanksiyalar və siyasətlə məşğul olan Xəzinədarlıq Departamentinin rəsmisi Elizabeh Rozenberg özəl sektora gedir.

Bununla belə, nəşr Rozenberqin konkret olaraq hara getmək niyyətində olduğunu qeyd etməyib. Rozenberq Rusiyanın Ukraynadakı hərbi əməliyyatına iqtisadi cavab hazırlayan ABŞ rəsmiləri qrupunun üzvlərindən biri idi.

O, 2021-ci ilin dekabrından terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə üzrə dövlət katibinin köməkçisi vəzifəsində çalışıb.


AzVision.az


Teqlər:





Xəbər lenti