Slovakiyalı fermerlər də etirazlara qoşula bilər

Slovakiyalı fermerlər də etirazlara qoşula bilər
  03 Fevral 2024    Oxunub:1015
Slovakiya fermerləri Vişeqrad Qrupuna daxil olan digər ölkələrin fermerləri ilə koordinasiyada Avropa İttifaqının kənd təsərrüfatı siyasətinin çatışmazlıqlarına qarşı Fransa və Almaniyada keçirilən etiraz aksiyalarına qoşulmağa hazırdırlar.
Bu barədə Slovakiyanın Kənd Təsərrüfatı və Ərzaq Palatasının sədri Emil Maxoya istinadən TASR xəbər agentliyi məlumat yayıb. Onun sözlərinə görə, etirazların məqsədi bürokratiya ilə mübarizə olacaq. Avropa Birliyi fermerlərin maraqlarına zərər vermədən kənd təsərrüfatı sektorunda islahatlar həyata keçirilməlidir:

“Əgər biz slovakiyalı fermerləri Vişeqrad qrupundakı tərəfdaşlarımızla koordinasiya etsək küçələrə 50, 100, 200 traktor çıxmayacaq. Yüzlərlə traktor çıxacaq”.

Maxo bildirib ki, Aİ-nin diktə etdiyi ciddi ekoloji tələblər fermerlər üçün əhəmiyyətli maliyyə itkilərinə səbəb olur.

AzVision.az


Teqlər:





Xəbər lenti