İran uran istehsalını 60%-ə çatdırmaqda davam edir

İran uran istehsalını 60%-ə çatdırmaqda davam edir
  05 Fevral 2024    Oxunub:1015
“İran yüksək zənginləşdirilmiş uranın ehtiyatını yaradılmasını xeyli aşağı salıb”.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi “The New York Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, yüksək zənginləşdirilmiş uran istehsalının artımı çox güman ki, azalıb.

Bununla belə, İran zənginləşdirilmiş uranın istehsalını 60%-ə çatdırmaqda davam edir ki, bu da gələcək zənginləşdirmə ilə nüvə silahı yaratmaq üçün istifadə oluna bilər:

“Müəyyən yavaşlama var. Onlar ehtiyatları hələ də artırırlar, lakin daha yavaş templə”. Qəzetin yazdığına görə, Tehran nüvə sazişi üzrə ABŞ-la danışıqları bərpa etmək səyləri çərçivəsində belə addımlar atıb.


AzVision.az


Teqlər:





Xəbər lenti