Bolqarıstan keçmiş krala təzminat ödəyəcək

   Bolqarıstan keçmiş krala təzminat ödəyəcək
  02 Fevral 2024    Oxunub:1269
Bolqarıstan hökuməti ölkənin keçmiş kralı Simeon Borisov Sakskoburqqotskiyə (II Simeon) və bacısı Mariya-Luizaya 1 milyon 636 min avro təzminat ödənişini təsdiqləyib.
AzVision.az xəbər verir ki, ailəsinə mənsub mülkləri məhkəmə yolu ilə dövlətdən geri alan keçmiş kral Simeon Avropa İnsan Hüquqları Məhkəməsində hökumətə qarşı qaldırdığı işdə də qalib gəlib.

AİHM-in qərarına əsasən, keçmiş kral və bacısına təzminat ödənişi nəzərdə tutulsa da, yerli məhkəmədəki vərəsəlik işində onların əleyhinə hökm çıxarılacağı təqdirdə təzminat məcburən dövlətə qaytarılacaq.

Atasının ölümünün ardınca 6 yaşında taxta çıxan II Simeon (1943-1946) Bolqarıstanın sonuncu kralıdır. SSRİ-nin ölkəni ələ keçirməsi ilə sürgünə göndərilən kral Türkiyə, Misir və İspaniyada mühacirət həyatı yaşayıb. 2001-ci ildə vətəninə qayıdaraq siyasətə qoşulub, Milli Sabitlik və Tərəqqi Partiyasını quraraq, 2001-2005-ci illərdə Bolqarıstanın Baş naziri vəzifəsinə gətirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Bolqarıstan   kral  





Xəbər lenti