Leninqrad uşaqlarının abidəsini təhqir edənə ölkədən çıxış qadağası qoyuldu

   Leninqrad uşaqlarının abidəsini təhqir edənə ölkədən çıxış qadağası qoyuldu
  02 Fevral 2024    Oxunub:1220
İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyana qarşı həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Samvel Şirinyana ölkədən çıxış qadağası qoyulub.
Leninqrad uşaqlarının abidəsini təhqir edən erməni düşmənçilikdə ittiham edilir


Qeyd edək ki, yanvarın 30-da TikTok sosial şəbəkəsində Ermənistan vətəndaşı Samvel Şirinyanın Rusiya Federasiyasının bayrağını bildirən lentləri cırıb tapdaladığı, çələngləri aşırdığı və Rusiya Federasiyasına qarşı təhqiramiz ifadələr işlətdiyi görüntü yayılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti