Putin Tuladan olan qıza kompüter və ayı hədiyyə etdi - Video

   Putin Tuladan olan qıza kompüter və ayı hədiyyə etdi -    Video
  02 Fevral 2024    Oxunub:1596
Cümə günü Tula Regional Klinik Onkologiya Mərkəzinin həkimi Yaroslav Şvetsovu ziyarət edən Rusiya prezidenti Vladimir Putin onun kiçik qızı Polinaya uşaq kompüteri və böyük oyuncaq ayı hədiyyə edib. Qızcığaz isə dövlət başçısına oyuncaq dovşan bağışlayıb.
"Budur, uşaq kompüteri, əgər anan icazə verirsə. Salam, Polina", - deyə prezident ayının dili ilə qızı salamlayıb.

Qız ona təşəkkür edib. Prezident ondan rəqs edib-etmədiyini soruşub. Polina mahnı oxuyub və rəqs edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti