Hindistan İran gəmisinin köməyinə getdi: 19 dənizçi xilas edildi

   Hindistan İran gəmisinin köməyinə getdi:   19 dənizçi xilas edildi
  02 Fevral 2024    Oxunub:1741
Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “Şarda” gəmisi 7 nəfər dəniz quldurunun qaçırdığı İran bayraqlı “Omari” balıqçı gəmisinin köməyinə getdi.
Respublika Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin X səhifəsində verilən məlumata görə, 11 iranlı və 8 pakistanlı ekipaj üzvü sağ-salamat xilas edilib.

Bu yaxınlarda Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Somali quldurları tərəfindən qaçırılan gəmiləri azad etmək üçün bir neçə uğurlu əməliyyat həyata keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti