Türkiyə Mərkəzi Bankının rəhbəri istefa etdi

   Türkiyə Mərkəzi Bankının rəhbəri istefa etdi
  03 Fevral 2024    Oxunub:1473
Hafize Qaye Erkan Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən istefa verib.
Bu barədə o, sosial media hesabında məlumat verib:" Dövlətimizə, millətimizə xidmət etmək üçün gecə-gündüz yorulmadan işimin başında olmuşam. Bu məqamda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatlarımızın artması, iqtisadi göstəricilər və inflyasiyanın əsas tendensiyasının göstəriciləri bu uğurun sübutudur. Bütün bu müsbət hadisələrə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar mənə qarşı əks kampaniya təşkil olunub.

Ailəmin və heç bir yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün cənab prezidentimizdən xahiş etmişəm ki, məni vəzifəmdən azad etsin".

Xəzinə və Maliyyə Naziri Şimşək bu qərara hörmətlə yanaşdığını, dəyərli xidmətlərinə və töhfələrinə görə Hafize Qaye Erkana təşəkkür etdiyini deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti