Ermənistan ordusunda problemlər: “dedovşina” və intihar

    Ermənistan ordusunda problemlər:   “dedovşina” və intihar
  03 Fevral 2024    Oxunub:1635
Ermənistan silahlı qüvvələrində əsas problem intihar, intihar həddinə çatdırma və qətllərdir.

Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib. Nazirin istinad etdiyi statistik məlumatlara görə, 2022-ci ildə ölkə üzrə yol qəzalarında 193, 2023-cü ildə isə 204 nəfər ölüb. Hərbçilərdə isə bu rəqəmlər müvafiq olaraq 17 və 12 nəfərdir.

O, həmçinin hərbi qulluqçuların ölümünə səbəb olan xəstəlikləri, qəzaları da xatırladıb.

“Ordu cəmiyyətin güzgüsüdür və orduda intihar halları orada mövcud problemləri əks etdirir. Amma gizlədə bilmərik ki, orduda ardıcıl iş aparılsa da, Silahlı Qüvvələrdə hələ də “dedovşina” davam edir və bizim vəzifəmiz onu azaltmaq, 2024-cü ildə sıfıra endirməkdir”, - o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti