ABŞ İraq və Suriyaya zərbələrin endirilməsini təsdiqlədi

ABŞ İraq və Suriyaya zərbələrin endirilməsini təsdiqlədi
  03 Fevral 2024    Oxunub:1429
Ağ Ev İraq və Suriyada SEPAH və onlarla əlaqəli qrupların obyektlərinə zərbələrin endirilməsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

Bəyanatda Bayden onun göstərişi ilə İraq və Suriyada SEPAH və onlarla əlaqəli qrupların obyektlərinə zərbələrin endirilməsini təsdiqləyib.

Bununla yanaşı, Bayden ABŞ-nin Yaxın Şərqdə və ya hər hansı başqa yerdə münaqişəyə can atmadığını deyib.

"ABŞ Yaxın Şərqdə və ya hər hansı başqa yerdə münaqişəyə can atmır. Lakin bizə zərər vermək niyyətində olanlar bilsin ki, siz amerikalıya zərər versəniz, biz sizə cavab verəcəyik", - Baydenin bəyanatında deyilir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib” – deyə CENTCOM-un saytında dərc olunan məlumatda qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti