Rusiya və İran Münhen Təhlükəsizlik Konfransına dəvət almayıb

Rusiya və İran Münhen Təhlükəsizlik Konfransına dəvət almayıb
  03 Fevral 2024    Oxunub:1026
Bu il Rusiya və İrana Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün dəvət göndərilməyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına məlumat yayıb.

Konfransın sədri Kristof Hoysqen qeyd edib ki, Rusiyanın Ukraynanın hazırkı hökuməti ilə danışıqlar aparmaq istəməməsi bəyanatları əslində buna ciddi hazırlığın olmadığını ifadə edir. "Buna görə də konfransın təşkilatçıları öz təşəbbüsü ilə bildirdilər ki, onlar Rusiya hökumətini deyil, qeyri-hökumət təşkilatlarından rusları və mühacirətdə olan siyasətçiləri dəvət edirlər”.

Oxşar dəvət İrana da göndərilməyəcək.

Qeyd edək ki, Rusiya 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransında iştirakdan imtina edərək, konfransın obyektivliyini itirdiyini və transatlantik foruma çevrildiyini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti