İran XİN: "ABŞ-ın İraq və Suriyaya zərbələri Yaxın Şərqdə təhlükəsizliyə təhdiddir"

      İran XİN:    "ABŞ-ın İraq və Suriyaya zərbələri Yaxın Şərqdə təhlükəsizliyə təhdiddir"
  03 Fevral 2024    Oxunub:1002
ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələr regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə təhdid yaradır.
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Teleqam kanalında deyib.

“ABŞ-ın İraq, Suriya və Yəmənə hərbi zərbələri yalnız İsrail rejiminin məqsədlərinə çatmasını təmin edir... Bu tip hücumlar ABŞ hökumətini regionda münaqişəyə daha çox cəlb edir. Belə hadisələrin davamı regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə təhdid yaradır”, - deyə Kanaani bildirib.

İranlı diplomatın qeyd edib ki, Tehran ABŞ-ın regiona qeyri-qanuni və birtərəfli hücumlarının və böhranın genişlənməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının məsuliyyətini vurğulayır.

AzVision.az


Teqlər:





Xəbər lenti